Son dəqiqə

İran ABŞ silah-sursat Pentaqon Hava hücumundan müdafiə ballistik raketlər sursat ehtiyatları sursat Raket əleyhinə müdafiə

ABŞ-nin müharibəni davam etdirmək üçün kifayət qədər sursatı var - Pentaqon

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları Bölməsinin baş direktorunun birinci müavini Cerred Konli İranla müharibəni davam etdirmək üçün ABŞ ordusunun kifayət qədər sursata malik olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Cerred Konlinin açıqlaması müharibə nəticəsində ABŞ-nin mühüm hava hücumundan müdafiə vasitələrinin, xüsusilə ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulan raket ehtiyatlarının azaldığına dair məlumatların yayıldığı bir vaxtda səsləndirilib.

Konli bildirib ki, ABŞ ordusunun qarşısında duran vəzifələri yerinə yetirmək üçün kifayət qədər sursat ehtiyatı mövcuddur.

Pentaqon rəsmisinin sözlərinə görə, Müdafiə Nazirliyi hazırda müharibəni davam etdirmək üçün lazım olan bütün vasitələrə malikdir.

O, bununla da ABŞ-nin sursat ehtiyatlarının azalmasının İranla davam edən hərbi əməliyyatlara təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlara münasibət bildirib.

Bununla belə, Konli ayrı-ayrı silah və sursat növləri üzrə mövcud ehtiyatların həcmi barədə konkret rəqəmlər açıqlamayıb.

Mövzuya görə xəbərlər