BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın cənubunda yerləşən Bint Cbeyl bölgəsində su təchizatı şəbəkəsini bərpa edən işçilərin İsrail ordusunun atəşinə məruz qaldığı bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə su təchizatı şəbəkəsində təmir işləri aparan briqadanın fəaliyyət göstərdiyi zaman baş verib.
Məlumata əsasən, hücum nəticəsində tələfat və ya yaralananlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
NNA həmçinin İsrail ordusunun Zavtar əş-Şərqiyyə qəsəbəsinin kənarlarını Meyfadun istiqamətində artilleriya atəşinə tutduğunu bildirib.
Bundan başqa, agentliyin məlumatına görə, Zavtar əş-Şərqiyyədə yerləşən məscid yaxınlığında partlayış baş verib.
İsrail ordusu bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.






