Son dəqiqə

İran Oman İsmayıl Bəqai İran Xin Hörmüz boğazı Diplomatiya dəniz nəqliyyatı

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi parametrləri üzrə razılığa gəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi İran və Oman arasında Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi xüsusiyyətləri ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, Tehran və Maskat hazırda əldə olunan razılaşma ilə bağlı birgə bəyanatın hazırlanmasının son mərhələsindədir.

Bəqai bildirib ki, prosesə "müəyyən üçüncü tərəflər" müdaxilə etməyəcəyi təqdirdə, razılaşma ilə bağlı birgə açıqlama yaxın vaxtlarda yayımlana bilər.

İran rəsmisi "üçüncü tərəflər"in adını açıqlamayıb.

Mövzuya görə xəbərlər