Son dəqiqə

İran ABŞ Yaxın Şərq Marko Rubio Hörmüz boğazı Diplomatiya Dövlət Departamenti

Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş var, yekun razılaşma isə hələ əldə olunmayıb - Rubio

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazından daha çox gəminin təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub, lakin yekun razılaşma hələ imzalanmayıb.

TurkicWorld xəbər verir ki, Rubio bu barədə Dövlət Departamentində jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə edilsə də, proses hələ yekun mərhələyə çatmayıb.

"Bu danışıqlarda irəliləyiş əldə olunub, lakin hələ yekun nəticə yoxdur. Ümid edirik ki, bu, çox yaxın zamanda baş verəcək", – deyə Rubio bildirib.

ABŞ dövlət katibi əlavə təfərrüat açıqlamayıb.

Mövzuya görə xəbərlər