BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın kənd təsərrüfatı naziri Nizar Hani İsraillə əldə olunmuş razılaşmaya baxmayaraq, ölkənin cənubunda vəziyyətin gözlənilən səviyyədə yaxşılaşmadığını bildirib.
TurkicWorld xəbər verir ki, dövlətə məxsus Livan Milli Xəbər Agentliyinin yaydığı məlumata görə, Nizar Hani hazırkı vəziyyətin Prezident Cozef Aun və Livan hökumətinin gözləntilərinə cavab vermədiyini deyib.
Nazir qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşması İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini və Livan ordusunun ölkənin cənubunda yerləşdirilməsini nəzərdə tutur.
Razılaşmanın məqsədi "Hizbullah" hərəkatının bölgədə yenidən möhkəmlənməsinin qarşısını almaqdır.
İyunun 26-da imzalanmış razılaşmadan bir aydan çox vaxt keçməsinə baxmayaraq, İsrail ordusu razılaşmanın sınaq məqsədilə tətbiq olunduğu yaşayış məntəqələrindən tam çıxmayıb.
Bununla yanaşı, İsrailin Cənubi Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələrin də davam etdiyi bildirilir.







