Son dəqiqə

İsrail Qəzza HƏMAS Yaxın Şərq Şin Bet Əbdürrəhim Əbdülhəy Yusif Kərdi

İsrail HƏMAS komandirinin müavininin öldürüldüyünü iddia edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu və ölkənin Şin Bet təhlükəsizlik xidməti HƏMAS komandirinin müavini olduğunu iddia etdikləri Əbdürrəhim Əbdülhəy Yusif Kərdinin öldürüldüyünü açıqlayıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda Əbdürrəhim Əbdülhəy Yusif Kərdinin HƏMAS sıralarında komandir müavini vəzifəsində fəaliyyət göstərdiyi iddia olunub.

Bəyanatda həmçinin onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olan silahlılar arasında olduğu irəli sürülüb.

İsrail tərəfi əməliyyatın harada və nə vaxt həyata keçirildiyi barədə əlavə məlumat açıqlamayıb.

HƏMAS isə hələlik İsrailin bu iddialarına münasibət bildirməyib.

Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər