Son dəqiqə

İran ABŞ Nazirlər Kabineti Donald Tramp Ağ Ev Kemp-Devid

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp bu gün Merilend ştatında yerləşən Kemp-Devid prezident iqamətgahında Nazirlər Kabinetinin iclasını keçirəcək.

TurkicWorld xəbər verir ki, iclas Tramp administrasiyasının İranla davam edən münaqişə ilə bağlı gələcək strategiyanı müəyyənləşdirdiyi bir vaxta təsadüf edir.

Məlumata görə, hazırda Donald Tramp İranla bağlı növbəti addımlarını və Vaşinqtonun hərbi-siyasi kursunu nəzərdən keçirir.

NBC News telekanalı çərşənbə günü ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp administrasiyasında İran siyasətinin gələcək istiqaməti ilə bağlı fikir ayrılığı mövcuddur.

Nəşrin Trampa yaxın mənbəyə istinadən yaydığı məlumata əsasən, ABŞ prezidenti münaqişənin uzanmasından narazıdır və İranla razılaşmanın əldə edilməsinin bu qədər çətin olacağını gözləməyib.

Son sorğulara görə, Donald Trampın daxili siyasətlə bağlı ictimai dəstək səviyyəsi təxminən 33 faiz təşkil edir.

Mövzuya görə xəbərlər