Son dəqiqə

İran Xarici İşlər Nazirliyi Küveyt İordaniya Yaxın Şərq Beynəlxalq hüquq Birləşmiş Millətlər Təşkilatı

İordaniya Küveytə edilən ölümcül hücumu suverenliyə açıq təcavüz adlandırdı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İordaniya İranın Küveytə endirdiyi və bir nəfərin ölümü ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, İranın zərbəsi nəticəsində Çinə məxsus şirkətə aid binaya raket düşüb. Hadisə zamanı bir nəfər həlak olub.

İordaniyanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumu Küveytin suverenliyinin açıq şəkildə pozulması, ölkənin təhlükəsizliyi və sabitliyinə, eləcə də ərazi bütövlüyünə ciddi təhdid kimi qiymətləndirib.

Rəsmi Amman bildirib ki, bu hücum beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.

Nazirlik bəyan edib ki, İordaniya qardaş Küveyt dövləti ilə tam həmrəylik nümayiş etdirir və onun suverenliyinin, təhlükəsizliyinin, sabitliyinin, eləcə də vətəndaşları və ölkədə yaşayan insanların təhlükəsizliyinin qorunması istiqamətində atacağı bütün addımları dəstəkləyir.

Bəyanatda regional sabitliyin qorunmasının vacibliyi də vurğulanıb.

Mövzuya görə xəbərlər