BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin maliyyə naziri, ifrat sağçı siyasətçi Bezalel Smotriç bildirib ki, 7 oktyabr tarixində HƏMAS-ın rəhbərlik etdiyi hücumlardan sonra istefa verməyi nəzərdən keçirsə də, sonradan bu fikrindən daşınıb. Onun sözlərinə görə, hadisələrlə bağlı şəxsi məsuliyyət daşımadığı qənaətinə gəlib.
TurkicWorld xəbər verir ki, İsrail mediasının yaydığı məlumata əsasən, Bezalel Smotriç "Bunu düşündüm. Amma nəyi səhv etdiyimi anlamağa çalışanda, özümü günahlandıracaq heç nə tapa bilmədim", - deyə bildirib.
Smotriç açıqlamasında istefa verməmək qərarını məhz bu qənaətlə əsaslandırıb. O, 7 oktyabr hadisələrinə görə şəxsi məsuliyyət daşımadığını vurğulayıb.
Bezalel Smotriç bir sıra ölkələr tərəfindən sanksiyaya məruz qalıb və İsrail hökumətinin ən sərt mövqeli nazirlərindən biri hesab olunur.
Onun açıqlamaları İsraildə 7 oktyabr hadisələri ilə bağlı siyasi və ictimai məsuliyyət müzakirələrinin davam etdiyi bir vaxta təsadüf edir.







