Son dəqiqə

İran Səudiyyə Ərəbistanı Yəmən Yaxın Şərq Husilər Abbas Əraqçi Bab əl-Məndəb boğazı

Yəmən münaqişəsinin hərbi həlli yoxdur - Əraqçi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi Yəməndə Səudiyyə Ərəbistanı ilə husilər arasında gərginliyin artması fonunda münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirib. O, bölgədəki problemlərin yalnız dialoq vasitəsilə aradan qaldırıla biləcəyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Abbas Əraqçi dövlətə məxsus Iran Daily qəzetinə müsahibəsində Yəmən, Bab əl-Məndəb boğazı və digər regional məsələlərlə bağlı hərbi həll yolunun olmadığını deyib.

Nazir bildirib ki, İran münaqişələrin həlli üçün dialoqun yeganə səmərəli yol olduğuna inanır və tərəfləri siyasi həll istiqamətində addımlar atmağa çağırıb.

Əraqçinin sözlərinə görə, Yəməndəki mövcud vəziyyəti İranla əlaqələndirmək düzgün deyil.

O qeyd edib ki, Bab əl-Məndəb boğazı ətrafında baş verən hadisələrin kökü Yəmən, Səudiyyə Ərəbistanı və region ölkələri arasında uzun illərdir davam edən mübahisələrdən qaynaqlanır.

Son günlər Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hücumların intensivləşməsi regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Mövzuya görə xəbərlər