Son dəqiqə

Fələstin İsrail Əl-Əqsa məscidi Qəzza HƏMAS İtamar Ben Qvir İordan çayının qərb sahili Nablus

HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

HƏMAS işğal altındakı İordan çayının qərb sahilində, Nablus yaxınlığında baş vermiş bıçaqlı hücumla bağlı bəyanat yayıb.

TurkicWorld xəbər verir ki, təşkilatın "Telegram" kanalında dərc olunan açıqlamada hadisə "bıçaqlı hücum əməliyyatı" kimi qiymətləndirilib və bunun Qəzza zolağında davam edən hərbi əməliyyatlara, eləcə də İordan çayının qərb sahilində baş verən hadisələrə cavab olduğu iddia edilib.

Bəyanatda İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar, İordan çayının qərb sahilində təhlükəsizlik qüvvələrinin fəaliyyəti, həmçinin Qüds və Əl-Əqsa məscidi ətrafında baş verən hadisələrə istinad olunub.

HƏMAS açıqlamasında Fələstin müqavimətinin davam edəcəyini və İsrailin siyasətinə qarşı mübarizənin sürəcəyini bildirib.

Bundan əvvəl İsrail ordusu Nablusun cənub-şərqində yerləşən İtamar yaşayış məntəqəsi yaxınlığında bir İsrail vətəndaşının bıçaqlandığını açıqlamışdı.

İsrail hərbi qurumunun məlumatına görə, hadisə yerində olan bir mülki şəxs hücumu həyata keçirdiyi bildirilən iki nəfəri zərərsizləşdirib. HƏMAS-ın bəyanatındakı iddialar və hadisənin təfərrüatları müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Mövzuya görə xəbərlər