Son dəqiqə

Pakistan Yəmən Oman Məhəmməd İshaq Dar ASEAN Hörmüz boğazı Regional Təhlükəsizlik

Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd Əl-Busaidi Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Filippinin paytaxtı Manila şəhərində görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) toplantısı çərçivəsində baş tutub.

Seyid Bədr bin Həməd Əl-Busaidi "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi və region üçün mühüm əhəmiyyət daşıyan məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

Onun sözlərinə görə, görüşdə xüsusilə Hörmüz boğazındakı vəziyyət, Yəməndəki hadisələr və digər regional məsələlər diqqət mərkəzində olub.

Oman Xarici İşlər Nazirliyinin ayrıca yaydığı açıqlamada bildirilib ki, nazirlər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər məsləhətləşmələrin və qarşılıqlı əlaqələndirmənin davam etdirilməsinin ümumi maraqlara xidmət etdiyini, həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Mövzuya görə xəbərlər