Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq Respublikaçılar Partiyası ABŞ siyasəti Hörmüz boğazı aralıq seçkilər

İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibənin noyabrda keçiriləcək Konqres seçkilərinə təsir göstərməyəcəyini bildirib. O, İranın Hörmüz boğazı ilə bağlı addımlarının onun və Respublikaçılar Partiyasının seçki mövqeyinə zərər vurmağa hesablandığını ehtimal edib.

TurkicWorld xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında İranın qarşıdan gələn Konqres seçkilərində onun və Respublikaçılar Partiyasının mövqelərini zəiflətməyə çalışa biləcəyini deyib.

ABŞ prezidenti bildirib ki, İranın Hörmüz boğazı ilə bağlı təhdidləri seçki nəticələrinə təsir göstərmək məqsədi daşıya bilər. Lakin Tramp bunun onun qərarlarına təsir etməyəcəyini vurğulayıb.

“Mən sadəcə düzgün olanı edəcəyəm”, - deyə Tramp qeyd edib. O bildirib ki, İranla müharibə məsələsini seçki amili ilə əlaqələndirmir.

Tramp ABŞ ictimaiyyətinin onun siyasətinə müsbət yanaşdığını iddia edib və seçkilərlə bağlı narahat olmadığını bildirib.

ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatları ölkə daxilində mübahisəli mövzu olaraq qalır. Həmçinin Hörmüz boğazında gəmiçilik problemləri nəticəsində artan qiymətlər də ABŞ ictimaiyyətində narahatlıq yaradır.

Mövzuya görə xəbərlər