Fələstin İsrail Qəzza Yaxın Şərq hava zərbəsi atəşkəs

Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Mərkəzi Qəzza zolağında həyata keçirdiyi hava zərbəsi nəticəsində azı iki fələstinlinin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir. Hücum mülki nəqliyyat vasitəsini hədəf alıb.

TurkicWorld xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İsrail ordusunun zərbəsi Mərkəzi Qəzzadakı əl-Zəhra bölgəsində mülki avtomobilə endirilib. Hücum nəticəsində iki nəfər həyatını itirib, yaralananların olduğu bildirilib.

Həlak olan şəxslərin cəsədləri əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb. Mülki müdafiə qüvvələri zərbə nəticəsində hədəfə alınan avtomobildə başlayan yanğını söndürüblər.

Fələstin mənbələri bildirir ki, İsrail və HƏMAS arasında 2025-ci ilin oktyabrında elan edilən atəşkəsdən sonra Qəzza zolağında zorakılıqlar davam edir.

Məlumata görə, həmin tarixdən etibarən azı 1 168 fələstinli öldürülüb, 3 798 nəfər isə yaralanıb. İsrail tərəfi isə təhlükəsizlik əməliyyatlarının davam etdiyini bildirir.

Mövzuya görə xəbərlər