Son dəqiqə

Fələstin İsrail İran ABŞ Qəzza Məhəmməd Baqir Qalibaf Dünya Kuboku

İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İspaniya millisinin Dünya Kubokunun finalındakı qələbəsini təbrik edib və bu uğurun ABŞ və İsrail siyasətini tənqid edən insanlar arasında sevinc yaratdığını bildirib.

TurkicWorld xəbər verir ki, İranın dövlət xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, İranın ABŞ-la danışıqlarda əsas nümayəndəsi Məhəmməd Baqir Qalibaf İspaniya millisinin uğurunu yüksək qiymətləndirib. O bildirib ki, ispan futbolçularının Fələstin xalqına dəstək nümayiş etdirməsi və İspaniya hökumətinin Qəzza müharibəsi ilə bağlı mövqeyi ölkəyə beynəlxalq rəğbət qazandırıb.

Qalibaf qeyd edib ki, İspaniyanın İranla bağlı mövqeyi və Fələstin məsələsinə münasibəti “azadlıq və qətiyyət” nümunəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu yanaşma İspaniya xalqının mövqeyini əks etdirir.

İran rəsmisi bildirib ki, İspaniya millisinin qələbəsi dünya üzrə ABŞ və İsrail siyasətinə qarşı çıxan insanlar tərəfindən müsbət qarşılanıb.

İspaniya hökuməti daha əvvəl Qəzzadakı vəziyyətlə bağlı İsrailin siyasətini tənqid edib və bölgədə atəşkəs çağırışları ilə çıxış edib. Madrid həmçinin ABŞ və İsrail arasında İranla bağlı hərbi qarşıdurma məsələsində də mövqeyini açıqlayıb.

Mövzuya görə xəbərlər