BAKI,TurkicWorld,Yusif Şərifzadə
Bəhreynin Mülki Aviasiya İdarəsi İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində ölkənin hava naviqasiya sistemlərinin hədəfə alındığını açıqlayıb. Qurum bildirib ki, hadisəyə baxmayaraq uçuşların fəaliyyəti və hava nəqliyyatı normal davam edir.
TurkicWorld xəbər verir ki, Bəhreynin dövlət xəbər agentliyi BNA-nın yaydığı məlumata görə, İranın pilotsuz uçuş aparatları hava naviqasiyası sistemlərinə zərbə endirib. Rəsmi qurum bildirib ki, hücumun nəticələri ilə bağlı operativ tədbirlər görülüb və təhlükəsizlik prosedurlarına uyğun fəaliyyət həyata keçirilib.
Bəhreyn Mülki Aviasiya İdarəsi qeyd edib ki, əsas məqsəd hava naviqasiya xidmətlərinin fasiləsizliyini və hava hərəkətinin təhlükəsizliyini təmin etmək olub.
Açıqlamada bildirilib ki, zəruri tədbirlər görüldükdən sonra Bəhreyndən həyata keçirilən uçuşlar və ölkənin hava məkanından tranzit keçən hava nəqliyyatı normal rejimdə davam edir.
Hadisənin hava limanlarının fəaliyyətinə və uçuş cədvəllərinə ciddi təsir göstərmədiyi bildirilib. İran tərəfi isə bu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.







