Son dəqiqə

İsrail İran Qətər Yaxın Şərq hərbi əməliyyatlar Diplomatiya Regional Təhlükəsizlik rəsmi bəyanat

Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyə razılıq verdiyi barədə İsrail mətbuatında yayılan məlumatları qətiyyətlə təkzib edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Ofisi rəsmi bəyanat yayıb.

Bəyanatda İsrail mətbuatında dərc olunan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Qətər tərəfi vurğulayıb ki, ölkə bu cür əsassız iddiaların münaqişənin dayandırılması istiqamətində apardığı fəal diplomatik səylərə xələl gətirməsinə imkan verməyəcək.

Rəsmi Doha qeyd edib ki, Qətərin əsas məqsədi bölgədə gərginliyin azaldılması və münaqişənin siyasi-diplomatik yollarla həllinə töhfə verməkdir.

Bəyanatda Qətərin regional sabitliyin qorunmasına yönəlmiş mövqeyinin dəyişmədiyi vurğulanıb.

İsrail tərəfi Qətərin bu açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.

Məlumatlar tərəflərin rəsmi bəyanatlarına əsaslanır.

Mövzuya görə xəbərlər