İsrail Qəzza Yaxın Şərq hava zərbəsi pilotsuz uçuş aparatı Nuseyrat

İsrailin son hücumu bölgədə vəziyyətə necə təsir göstərəcək?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat düşərgəsinin qərbində hərəkətdə olan avtomobil İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən hədəfə alınıb. Hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TurkicWorld xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Mənbələrin məlumatına görə, hücumun hədəfi olan avtomobildə olan şəxslərin kimliyi hələlik açıqlanmayıb. Hadisənin başvermə şəraiti və hücumun təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

Mövzuya görə xəbərlər