Son dəqiqə

İran ABŞ Misir Qətər Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Hörmüz boğazı Diplomatiya

Qətər regionda eskalasiyanın qarşısını almağa çalışır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər ABŞ və İranı əldə olunan anlaşmaya əməl etməyə və regionda yeni eskalasiyanın qarşısını almaq üçün danışıqları davam etdirməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Misirin xarici işlər naziri Bədr Əbdülətti ilə telefon danışığı zamanı bu məsələni müzakirə edib.

Qətər rəsmisi sosial şəbəkədəki paylaşımında bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan anlaşmanın qorunması və diplomatik kanalların açıq saxlanılması regionda sabitliyin təmin olunması üçün vacibdir.

O, həmçinin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidin qorunmasının zəruriliyini vurğulayıb.

Şeyx Məhəmməd bin Əbdülrəhman qeyd edib ki, beynəlxalq gəmiçiliyin təhlükəsizliyi yalnız regional deyil, həm də qlobal enerji və ticarət təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.

Qətərin çağırışı ABŞ-İran arasında gərginliyin artdığı və Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı risklərin yüksəldiyi bir vaxtda səsləndirilib.

Mövzuya görə xəbərlər