Son dəqiqə

Türkiyə NATO İran ABŞ Ankara Volodimir Zelenski Donald Tramp

ABŞ bu gecə İrana yenidən zərbə endirəcək - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları davam edə bilər və bu gecə yeni zərbələrin endirilməsi ehtimalı yüksəkdir.

TurkicWorld xəbər verir ki, Donald Tramp Türkiyədə keçirilən NATO Zirvə Toplantısı çərçivəsində, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ərəfəsində jurnalistlərə açıqlamasında ABŞ-ın gecə saatlarında İrana qarşı yeni hərbi əməliyyat keçirəcəyini bildirib.

“Kiçik bir xəbərdarlıq edim: Bu gecə onlara güclü zərbə endirəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın açıqlaması ABŞ-ın ötən gün İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra səslənib. Onun sözləri Vaşinqtonun Tehrana qarşı hərbi təzyiqi davam etdirmək niyyətində olduğunu göstərir.

Mövzuya görə xəbərlər