BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ankarada keçirilən NATO Zirvə Toplantısının yekun bəyanatında alyans liderləri İrandan Hörmüz boğazında gəmiçilik azadlığına hörmət etməyi tələb ediblər.
TurkicWorld xəbər verir ki, yekun bəyanatda NATO-nun hərbi imkanlarının, o cümlədən hava və raketdən müdafiə sistemlərinin inkişaf etdirilməsi barədə razılıq əldə olunduğu bildirilib. Alyans üzvləri müdafiə xərclərinin artırılması və hərbi-sənaye potensialının genişləndirilməsi öhdəliyini də təsdiqləyiblər.
Bəyanatda İranın Hörmüz boğazından sərbəst keçid hüququna hörmət etməli olduğu vurğulanıb. NATO liderləri, həmçinin İranın nüvə silahı əldə etməsinə imkan verilməməli olduğunu bir daha bəyan ediblər.
Ankara Zirvə Toplantısı ABŞ ilə İran arasında artan gərginlik fonunda keçirilib. ABŞ Prezidenti Donald Tramp isə sammit çərçivəsində İranla bağlı müvəqqəti atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını açıqlayıb.






