Son dəqiqə

NATO İran Ankara beynəlxalq təhlükəsizlik Regional Təhlükəsizlik NATO Zirvə Toplantısı

İran nüvə silahına malik olmamalıdır - NATO liderləri

BAKI,TurkicWorld,Yusif Şərifzadə

NATO liderləri Ankarada keçirilən Zirvə Toplantısında İranın nüvə silahına malik olmamasının vacibliyini bir daha vurğulayıblar.

TurkicWorld xəbər verir ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları Ankarada keçirilən zirvə görüşündə qəbul etdikləri mövqedə İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bir daha təsdiqləyiblər.

Bildirilib ki, alyans rəhbərləri İranın nüvə proqramı ilə bağlı əvvəlki mövqelərini dəyişməyərək, regionda və beynəlxalq təhlükəsizliyin qorunması baxımından nüvə silahlarının yayılmasının qarşısının alınmasının vacibliyini ön plana çıxarıblar.

NATO liderlərinin bəyanatı İran ətrafında artan gərginlik və bölgədə təhlükəsizlik məsələlərinin beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildiyi bir vaxta təsadüf edir.

Mövzuya görə xəbərlər