Son dəqiqə

NATO İran ABŞ Ankara İspaniya Donald Tramp təhlükəsizlik

Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Zirvə Toplantısı zamanı əvvəl səsləndirdiyi İspaniya ilə bağlı tənqidlərini və İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının dayandırılması barədə bəyanatını yenidən gündəmə gətirməyib.

TurkicWorld xəbər verir ki, danışıqların gedişi ilə tanış olan mənbənin bildirdiyinə görə, Tramp NATO liderlərinin qapalı görüşündə nə İspaniyanı tənqid edib, nə də İranla bağlı əvvəlki açıqlamalarını təkrarlayıb.

Bundan əvvəl ABŞ Prezidenti İspaniyanın müdafiə xərcləri və İrana qarşı hərbi əməliyyatlara dəstək verməməsini tənqid etmişdi. Tramp, həmçinin maliyyə nazirinə İspaniya ilə ticarət əlaqələrinin dayandırılması istiqamətində göstəriş verdiyini açıqlamışdı.

Mənbənin sözlərinə görə, buna baxmayaraq, NATO Zirvə Toplantısındakı müzakirələr zamanı Tramp bu mövzulara toxunmayıb və diqqət daha çox alyansın gündəliyində olan təhlükəsizlik məsələlərinə yönəlib.

Mövzuya görə xəbərlər