Son dəqiqə

NATO İran ABŞ Donald Tramp Vaşinqton təhlükəsizlik müdafiə xərcləri Müttəfiqlər

Tramp İran müharibəsinə görə NATO-nu tənqid edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı NATO-nun Vaşinqtona lazımi dəstək göstərmədiyini bildirərək alyansı yenidən tənqid edib.

TurkicWorld xəbər verir ki, Tramp ABŞ-nin İranda müəyyən addımlar atdığını, lakin NATO müttəfiqlərinin Vaşinqtona münasibətdə ədalətli davranmadığını deyib. Onun sözlərinə görə, ABŞ hələ yardım istəməmiş bəzi müttəfiqlər bu prosesdə iştirak etməyəcəklərini bildiriblər.

Tramp qeyd edib ki, ABŞ NATO-ya yüz milyardlarla dollar vəsait ayırdığı halda, alyansın Vaşinqton üçün eyni səviyyədə dəstək göstərməməsi suallar doğurur. O vurğulayıb ki, ABŞ hər zaman müttəfiqlərinin yanında olub.

ABŞ Prezidentinin açıqlaması NATO daxilində müdafiə xərcləri, müttəfiqlik öhdəlikləri və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Mövzuya görə xəbərlər