Son dəqiqə

Fələstin Daxili İşlər Nazirliyi Qəzza HƏMAS Yaxın Şərq təhlükəsizlik atəşkəs idarəetmə strukturu

Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizliyin təmin edilməsi üçün fəaliyyətini davam etdirəcək - HƏMAS

BAKI,TurkicWorld,Yusif Şərifzadə

HƏMAS Qəzzada Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarının təhlükəsizlik sahəsində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Qəzzada HƏMAS-ın nəzarətində fəaliyyət göstərən Hökumət Məlumat İdarəsinin rəhbəri İsmayıl əs-Səvabtə Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarının təhlükəsizlik sahəsində yaranacaq mümkün boşluğun qarşısını almaq üçün işlərini davam etdirəcəyini bildirib.

Bu açıqlama HƏMAS-ın Qəzza zolağını idarə edən qurumun fəaliyyətinə xitam verdiyini və rəhbərliyin mülki mütəxəssislərdən ibarət komandaya təhvil veriləcəyini elan etməsindən sonra verilib.

Məlumata görə, idarəetmənin təhvil verilməsi Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının şərtlərinə uyğun həyata keçiriləcək. HƏMAS bildirib ki, idarəetmədə dəyişiklik baş versə də, təhlükəsizlik xidmətlərinin fəaliyyəti fasiləsiz davam etdiriləcək.

Mövzuya görə xəbərlər