BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzzanın şimalında İsrail qüvvələrinin həyata keçirdiyi atəş nəticəsində iki nəfər həlak olub.
TurkicWorld xəbər verir ki, təcili yardım xidmətlərinin məlumatına əsasən, hadisə Beyt Lahiyə şəhərində baş verib və atəş nəticəsində dağıntılar altında qalan iki nəfərin cəsədi çıxarılıb.
Məlumata görə, İsrail ordusu Qəzzanın şimal hissəsində hərbi əməliyyatlarını genişləndirir və bölgədə intensiv atəş və artilleriya zərbələri həyata keçirir.
Rəsmi açıqlamalarda bu əməliyyatların “sarı zona” kimi tanınan ərazinin genişləndirilməsi məqsədi daşıdığı bildirilir.
Bölgədə vəziyyətin son dərəcə gərgin olduğu və mülki əhali üçün təhlükənin artdığı qeyd olunur.







