Son dəqiqə

Fələstin İsrail Qəzza Humanitar böhran İnsan itkisi Müharibə

Qəzzada insan itkisi 73 mini keçib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında İsrailin müharibəsi nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.

TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 2023-cü ilin oktyabrından bəri bölgədə ən azı 73 min 90 fələstinli həlak olub, 173 min 550 nəfər isə yaralanıb.

Məlumata görə, ABŞ vasitəçiliyi ilə əldə olunduğu bildirilən atəşkəsdən sonra da itkilər qeydə alınıb.

Qeyd olunub ki, ötən ilin oktyabrından bəri atəşkəs rejimi çərçivəsində 1 min 66 fələstinli öldürülüb, 3 min 445 nəfər isə yaralanıb.

Qəzza Səhiyyə Nazirliyi bu rəqəmlərin davam edən hərbi əməliyyatların nəticəsi olduğunu bildirir.

Bölgədə humanitar vəziyyətin ağır olaraq qaldığı və səhiyyə sisteminin ciddi təzyiq altında olduğu qeyd edilir.

Mövzuya görə xəbərlər