BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Livana qarşı martın 2-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı artıb. Livan Səhiyyə Nazirliyi yeni itkilərlə bağlı məlumat yayıb.
TurkicWorld xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, martın 2-dən iyulun 3-dək İsrailin hücumları nəticəsində 4 301 nəfər həlak olub.
Məlumata görə, hücumlar zamanı daha 12 199 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, ötən ay İsrail ilə Livan arasında hərbi qarşıdurmanın dayandırılmasına yönəlmiş çərçivə razılaşması imzalanıb.
Bununla belə, bəzi müşahidəçilər razılaşmanın müharibə cinayətləri ilə bağlı məsuliyyət məsələsini kölgədə qoyduğu barədə narahatlıqlarını ifadə edirlər.







