BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin müvəqqəti razılaşma üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə Tehranın cavab addımları atacağını bildirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Baqir Qalibaf İranın razılaşmanın tam şəkildə icra olunmasını tələb etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ və İsrail öhdəliklərini yerinə yetirməsələr, İran vəziyyətə uyğun cavab tədbirləri görəcək.
Qalibaf bildirib ki, ABŞ-nin İranla hərbi qarşıdurmaya getməsi mümkün deyil. O, İsrailin İranla bağlı səsləndirdiyi hədələri əsassız təbliğat kimi qiymətləndirib.
İran parlamentinin sədri həmçinin qeyd edib ki, ABŞ və İsrail İrana qarşı müharibə zamanı qarşıya qoyduqları məqsədlərə nail ola bilməyiblər.
Onun sözlərinə görə, hərbi əməliyyatların uğursuz olduğu qənaəti formalaşıb və nəticədə atəşkəs təşəbbüsü də qarşı tərəfdən irəli sürülüb.






