BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri telefon danışığı zamanı ABŞ ilə İran arasında Qətərdə davam edən dolayı danışıqları müzakirə ediblər. Tərəflər vasitəçilik səylərinin gedişini müsbət qiymətləndiriblər.
TurkicWorld xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb. Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, söhbət zamanı ABŞ ilə İran arasında Qətərdə keçirilən dolayı danışıqların gedişi müzakirə olunub.
Bildirilib ki, nazirlər danışıqlarda əldə olunan irəliləyişdən məmnunluqlarını ifadə ediblər.
Tərəflər ABŞ ilə İran arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və danışıqlar prosesinin növbəti mərhələlərinin uğurla davam edəcəyinə ümid etdiklərini bildiriblər.
Telefon danışığı Qətərin vasitəçiliyi ilə davam edən diplomatik təmaslar fonunda baş tutub.






