Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS Benyamin Netanyahu 7 oktyabr hücumu Müstəqillik ictimai rəy sorğusu

İsraillilərin əksəriyyəti 7 oktyabr hücumu ilə bağlı müstəqil araşdırma tələb edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsraildə keçirilən ictimai rəy sorğuları göstərir ki, ölkə əhalisinin böyük əksəriyyəti 2023-cü il oktyabrın 7-də baş vermiş hücumla bağlı dövlət səviyyəsində müstəqil araşdırmanın aparılmasını istəyir. Sorğu iştirakçıları hesab edirlər ki, hadisənin bütün təfərrüatları araşdırılmalı və məsuliyyət daşıyan şəxslər müəyyən edilməlidir.

TurkicWorld xəbər verir ki, 2025-ci ilin oktyabrında keçirilən sorğulara əsasən, hər dörd israillidən üçü HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumla bağlı müstəqil dövlət araşdırmasının aparılmasını dəstəkləyir. Bildirilir ki, İsrail cəmiyyətində oxşar hadisələrin gələcəkdə Qəzza zolağından və ya digər istiqamətlərdən yenidən baş verə biləcəyi ilə bağlı narahatlıq qalmaqdadır.

Məlumata görə, İsrailin bəzi təhlükəsizlik qurumları hadisə ilə bağlı daxili araşdırmalar aparsa da, ictimaiyyət daha geniş səlahiyyətlərə malik müstəqil araşdırma komissiyasının yaradılmasını tələb edir.

İsrailin Baş naziri Benyamin Netanyahu isə belə bir araşdırmanın qərəzli olacağını bildirərək onun keçirilməsinə qarşı çıxır. O hesab edir ki, araşdırma yalnız ölkənin bölgədə apardığı hərbi əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilməlidir.

Məlumata əsasən, müxalif siyasi qüvvələr isə bu məsələni hökumətə qarşı əsas siyasi mövzulardan biri kimi gündəmdə saxlayırlar. Onlar hadisənin bütün təfərrüatlarının araşdırılmasının zəruri olduğunu bildirirlər.

Mövzuya görə xəbərlər