Son dəqiqə

Fələstin İsrail Qəzza Yaxın Şərq pilotsuz uçuş aparatı Əl-Hilu

İsrailin Qəzzaya son hücumunda neçə nəfər həlak olub?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailə məxsus pilotsuz uçuş aparatının Qəzza şəhərinin şimalında həyata keçirdiyi hücum nəticəsində azı 3 fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Məlumata görə, zərbə Əl-Hilu stansiyasının yaxınlığında endirilib. Həmin ərazidə özəl ixtisaslaşmış xəstəxana və yanacaqdoldurma məntəqəsi yerləşir.

WAFA-nın məlumatına əsasən, bu hücumdan sonra 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində həlak olanların sayı 73 069 nəfərə, yaralananların sayı isə 173 514 nəfərə çatıb.

Mövzuya görə xəbərlər