BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Vaşinqtonun Yaxın Şərqdə gərginliyi azaltmaq və İranla qarşıdurmanı sona çatdırmaq səylərində əsas istiqamətlərdən birinə çevrilib.
TurkicWorld xəbər verir ki, İsrail, Livan və ABŞ arasında imzalanmış üçtərəfli razılaşmadan sonra diqqət artıq tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasına yönəlib.
Razılaşmanın əldə olunması asan olmayıb. Məlumata görə, danışıqlar beş mərhələdə aparılıb və sərhəd məsələsi, Hizbullahın silahsızlaşdırılması, eləcə də İsrailin təhlükəsizlik təminatları tələbi əsas fikir ayrılıqları sırasında olub.
İsrail Hizbullahın Livan sərhədi boyunca hərbi mövcudluğunu bərpa etməyəcəyinə dair təminat istəyir.
ABŞ üçün əsas çətinlik razılaşmada nəzərdə tutulan “pilot zonalar”ın icrasını təmin etmək, eyni zamanda İsrailin öhdəliklərinə əməl etməsinə və yeni gərginliyin qarşısının alınmasına nail olmaqdır.
Müşahidəçilər hesab edirlər ki, istər ABŞ-İran danışıqları, istərsə də İsrail-Livan gərginliyi baxımından əsas məsələ artıq razılaşmaların icrası və onların davamlı olub-olmayacağıdır.







