İran Beynəlxalq Dəniz Təşkilatı Oman Hörmüz boğazı Neft tankerləri Gəmiçilik

Hörmüz boğazında yeni marşrut hansı üstünlüklər təqdim edir?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazından keçən gəmilər İranın etiraz və xəbərdarlıqlarına baxmayaraq, Omanın müəyyən etdiyi marşrutdan istifadə etməyə davam edirlər.

TurkicWorld xəbər verir ki, dəniz nəqliyyatı məlumatlarına əsasən, iyunun 29-da İran-Oman Hörmüz Birgə Komitəsinin ilk iclasından sonra, o cümlədən neft tankerləri olmaqla 21 gəmi Oman marşrutu ilə boğazdan keçib.

Məlumata görə, komitə Hörmüz boğazında gəmiçilik hərəkətinin idarə olunması və bu sahədə xidmətlərin əlaqələndirilməsi məqsədilə fəaliyyət göstərir.

Oman ötən həftə bu marşrutun Beynəlxalq Dəniz Təşkilatı ilə əlaqələndirilərək hazırlandığını və məqsədin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması olduğunu açıqlamışdı.

Marşrut Omanın Musəndəm yarımadası yaxınlığından keçir və Körfəzdə gərginliyin artdığı dövrdə gəmilər üçün daha qısa, həmçinin ödənişsiz keçid imkanı yaradır.

Bununla yanaşı, İran yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadənin mümkün olduğunu bildirərək digər keçid istiqamətləri ilə bağlı xəbərdarlıq edib.

Mövzuya görə xəbərlər