İran ABŞ Tehran Donald Tramp Vaşinqton nüvə silahı Danışıqlar

İran nüvə silahına malik ola bilməz - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Donald Tramp Tehranla davam edən danışıqlardan danışarkən İranın bu prosesdə "xeyli yol qət etdiyini" deyib.

ABŞ Prezidenti bildirib ki, ötən həftə İrana "çox sərt zərbə" endirilib.

Tramp əlavə edib ki, İranın nüvə silahı əldə etməsi məsələsində Vaşinqtonun mövqeyi sadə və aydındır.

Onun sözlərinə görə, İran nüvə silahına sahib ola bilməz.

Mövzuya görə xəbərlər