BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin hərbi əməliyyatlarının qarşısının alınması məsələsi müttəfiq ölkələrlə aparılan bütün görüşlərdə müzakirə olunur.
TurkicWorld xəbər verir ki, Hakan Fidan bu barədə Ankarada keçirdiyi çıxış zamanı danışıb.
Nazirin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun genişlənmə siyasəti regionda xaosu, sabitsizliyi, müharibəni, göz yaşını, dağıntını və soyqırımı təşviq edir.
Hakan Fidan vurğulayıb ki, Türkiyə İsrailin regiondakı hərbi fəaliyyətinin dayandırılması istiqamətində müttəfiqləri ilə bütün mümkün platformalarda məsləhətləşmələr aparır.
Qeyd olunub ki, son dövrlərdə İsrailin Qəzza, Livan və Suriyadakı hərbi əməliyyatları fonunda Ankara ilə Təl-Əviv arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar daha da artıb.







