İran ABŞ Qətər Şeyx Təmim bin Həməd Al Tani Doha Stiv Uitkoff Cared Kuşner

Qətər Əmiri ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Dohada görüş keçirib.

TurkicWorld xəbər verir ki, Qətər Əmirinin Ofisinin yaydığı məlumata görə, görüşdə ABŞ ilə İran arasında davam edən danışıqların gedişi müzakirə olunub.

Bildirilib ki, tərəflər danışıqlarda əldə olunan irəliləyiş və diplomatik proses ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Livandakı vəziyyət də gündəmdə olub.

Məlumata görə, tərəflər Livanda atəşkəsin qorunmasının vacibliyini vurğulayıblar.

Mövzuya görə xəbərlər