BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəyə tətbiq olunan bəzi maliyyə və valyuta məhdudiyyətləri yumşaldılıb.
TurkicWorld xəbər verir ki, bu barədə yarırrəsmi Fars agentliyi məlumat yayıb.
Məsud Pezeşkianın sözlərinə görə, son razılaşmaların nəticəsi olaraq İran neftinin ixracı davam edir, bəzi maliyyə və valyuta məhdudiyyətləri aradan qaldırılır, həmçinin iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır.
Prezident bildirib ki, bu dəyişikliklər ölkənin iqtisadi vəziyyətinə müsbət təsir göstərə bilər.
Qeyd edək ki, bu il ABŞ–İsrail müharibəsi və ölkədəki gərginlik fonunda İran rialı ABŞ dolları qarşısında tarixinin ən aşağı səviyyəsinə enmişdi.
2018-ci ildə ABŞ Prezidenti Donald Tramp 2015-ci il nüvə sazişindən birtərəfli qaydada çıxaraq İrana qarşı sərt sanksiyalar tətbiq etmişdi. Bu addım ölkədə yeni valyuta böhranının yaranmasına səbəb olmuşdu.







