BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saniyə yeni prezident təyyarəsinə görə təşəkkür edib.
TurkicWorld xəbər verir ki, Tramp İranla danışıqlar və digər məsələlər barədə danışarkən Qətər Əmirinin ABŞ-yə yeni prezident təyyarəsi hədiyyə etdiyini bildirib.
ABŞ Prezidenti qeyd edib ki, əvvəlki prezident təyyarəsinin yaşı 35 il idi.
Trampın sözlərinə görə, Şeyx Təmim bin Həməd Al Sani ABŞ-yə töhfə vermək istədiyini bildirib.
ABŞ Prezidenti əlavə edib ki, təyyarənin təxminən beş ay ərzində prezident standartlarına, xüsusilə təhlükəsizlik tələblərinə uyğunlaşdırılması planlaşdırılır.







