Son dəqiqə

ABŞ ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizi Beşinci Donanma Sea Hawk USS George H. W. Bush

ABŞ hərbi helikopteri Ərəb dənizinə təcili eniş edib, bir ekipaj üzvü isə itkin düşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sea Hawk" tipli helikopter Ərəb dənizində təcili eniş edib. Hadisə nəticəsində ekipaj üzvlərindən biri itkin düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Beşinci Donanması məlumat yayıb.

Məlumata görə, "USS George H. W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş helikopterin insidenti bu gün 08:30 GMT radələrində baş verib.

Açıqlamada bildirilib ki, təcili enişin düşmən hücumu nəticəsində baş verdiyinə dair heç bir əlamət yoxdur.

Helikopterin dörd ekipaj üzvündən üçü "USS George H. W. Bush" gəmisindədir və onların vəziyyəti stabildir. Dördüncü ekipaj üzvünün axtarışları isə davam etdirilir.

ABŞ Beşinci Donanması hadisənin səbəblərinin araşdırıldığını da qeyd edib.

Mövzuya görə xəbərlər