Son dəqiqə

Fransa neft Hörmüz boğazı Fars Körfəzi qlobal enerji bazarı dəniz daşımaları CMA CGM Rodolf Saade

Hörmüz boğazında vəziyyətin tam normallaşması aylar çəkə bilər - Fransız gəmiçilik şirkəti

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransanın gəmiçilik şirkəti CMA CGM hesab edir ki, Hörmüz boğazında gəmiçiliyin tam bərpası və vəziyyətin normallaşması bir neçə ay çəkə bilər.

TurkicWorld xəbər verir ki, şirkətin sədri və baş icraçı direktoru Rodolf Saade Fransanın "Les Echos" qəzetinə müsahibəsində yaxın günlərdə vəziyyətin müəyyən qədər yaxşılaşacağına ümid etdiyini, lakin tam sabitliyin daha uzun müddət tələb edəcəyini bildirib.

Saade qeyd edib ki, ABŞ və İsrailin fevral ayının sonunda İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra şirkətə məxsus bir neçə gəmi Fars körfəzində ilişib qalıb.

O bildirib ki, münaqişənin gəmiçilik marşrutlarına təsiri hələ də davam edir və bu səbəbdən dəniz daşımaları əvvəlki səviyyəyə qayıtmayıb.

Qeyd edək ki, sülh dövründə dünya üzrə daşınan neftin təxminən 20 faizi Hörmüz boğazından keçir.

Mövzuya görə xəbərlər