BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş baş tutmayıb.
TurkicWorld xəbər verir ki, yarı rəsmi Mehr agentliyinin yaydığı məlumata görə, Kazım Qəribabadi İran nümayəndə heyətinin Dohadakı görüşlərinin yalnız Qətər və Pakistan nümayəndə heyətləri ilə üçtərəfli formatda keçirildiyini deyib.
Onun sözlərinə görə, bu görüşlərin məqsədi ABŞ ilə imzalanmış anlaşma memorandumunun müddəalarının icrasını müzakirə etmək olub.
Qəribabadi qeyd edib ki, danışıqlarda əsas diqqət Livanla bağlı öhdəliklərin yerinə yetirilməsi və İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi məsələlərinə yönəlib.







