BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail ordusu Livan, Suriya və Qəzza zolağında yaradılmış "təhlükəsizlik zonaları"nda növbəti göstərişədək qalacaq.
TurkicWorld xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Kats bu ərazilərdə yerləşdirilən hərbçilərin İsrail sakinlərini və yaşayış məntəqələrini silahlı qrupların hücumlarından qorumaq məqsədi daşıdığını bildirib.
"Biz təhlükəsizlik zonalarını tərk etməyəcəyik", – deyə İsrailin müdafiə naziri 2006-cı ildə Livanda həlak olmuş İsrail hərbçilərinin anım mərasimində çıxışı zamanı vurğulayıb.
İsrael Kats, həmçinin İrana əvvəlki xəbərdarlığını təkrarlayaraq bildirib ki, Tehran Livanın cənubunda davam edən hərbi əməliyyatlarla əlaqədar İsrailə qarşı addım atacağı təqdirdə, buna "tam güclə" cavab veriləcək.
Məlumata görə, İsrail rəsmiləri, o cümlədən Baş nazir Benyamin Netanyahu, Livandan qoşunların çıxarılmasının yalnız Hizbullah silahsızlaşdırıldıqdan sonra mümkün ola biləcəyini bildirirlər.
İsrail son aylarda Suriyada da dəfələrlə hərbi əməliyyatlar həyata keçirib. Qəzza zolağında isə İsrail qüvvələrinin ərazinin təxminən 70 faizinə nəzarət etdiyi bildirilir.






