Son dəqiqə

İran ABŞ Qətər Donald Tramp Doha Cey Di Vens Hörmüz boğazı

İran qonşularını təhdid edərsə, Prezident Trampın cavab vermək üçün müxtəlif variantları var - Vens

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran regionda sabitliyi pozacaq addımlar atarsa, Prezident Donald Trampın buna cavab vermək üçün müxtəlif variantları mövcuddur.

TurkicWorld xəbər verir ki, Cey Di Vens yaydığı bəyanatda bildirib ki, İran nüvə proqramını bərpa etməyə çalışarsa, qonşularını təhdid edərsə və terrorçuluğu dəstəkləyərsə, ABŞ Prezidenti Donald Trampın buna qarşı tədbirlər görmək imkanları var.

İran isə indiyədək nüvə silahı hazırladığı barədə iddiaları qəti şəkildə rədd edərək nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bəyan edib.

Vitse-prezident əlavə edib ki, ABŞ Hörmüz boğazında gəmilərə atəş açıldığına görə İrana zərbələr endirib və boğazda təhlükəsiz gəmiçiliyin təmin olunması üçün təzyiq vasitələrindən istifadə edib.

Cey Di Vens, həmçinin təsdiqləyib ki, ABŞ nümayəndə heyəti Qətərin paytaxtı Dohada İran tərəfi ilə dolayı danışıqlar aparır. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Hörmüz boğazında dəniz nəqliyyatının hərəkəti və bununla bağlı texniki məsələlərdir.

Mövzuya görə xəbərlər