Son dəqiqə

İran Hərbi Dəniz Qüvvələri Abbas Əraqçi Şri-Lanka müharibə cinayəti İRİS Dena beynəlxalq sular

Abbas Əraqçi İran freqatına hücumu "qorxaqlıq əlaməti" adlandırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi İranın "İRİS Dena" freqatına edilən hücumla bağlı sərt bəyanat verib.

TurkicWorld xəbər verir ki, Abbas Əraqçi hücumdan sonra dənizçilərə məxsus əşyaların nümayiş olunduğu sərgiyə baş çəkib.

Məlumata görə, İran freqatı Şri-Lanka sahilləri yaxınlığındakı beynəlxalq sularda sualtı qayığın hücumuna məruz qalıb. Hücumdan sonra dənizdən 87 nəfərin cəsədi çıxarılıb.

Abbas Əraqçi bildirib ki, baş verən hadisə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və tarixdə müharibə cinayəti kimi qalacaq.

Onun sözlərinə görə, freqat heç bir hərbi əməliyyatda iştirak etmədiyi, silahsız olduğu və əvvəlcədən xəbərdarlıq edilmədən hədəfə alındığı üçün bu hücumu hərbi uğur hesab etmək mümkün deyil.

Nazir vurğulayıb ki, döyüş bölgəsindən uzaqda silahsız hədəfə hücum etmək cəsarət deyil, əksinə, qorxaqlığın göstəricisidir. O, çıxışında ABŞ-nin adını birbaşa çəkməyib.

Abbas Əraqçi əlavə edib ki, İran Xarici İşlər Nazirliyinin Hüquq İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birlikdə hadisə ilə bağlı bütün sübutları toplayacaq və hüquqi prosedurları davam etdirəcək.

Mövzuya görə xəbərlər