BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağından ağır vəziyyətdə olan xəstələrin təxliyəsinə başlayıb.
TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, təşkilatın əməkdaşları azı 30 xəstəni Qəzzadan Rəfah sərhəd-keçid məntəqəsinə çatdırıblar.
Bildirilib ki, təxliyə əməliyyatı çərçivəsində xəstələrin Qəzza zolağından kənarda ixtisaslaşmış tibbi yardım alması nəzərdə tutulur.
Məlumata görə, tibbi təxliyə çərşənbə axşamı Xan Yunisdə yerləşən Əl-Məvasi səhra hospitalından başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı da təxliyə prosesinə dəstək göstərib.






