BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ilə İran arasında diplomatik təmaslar diqqət mərkəzində olduğu bir vaxtda İsrail ordusu və yəhudi məskunlaşmaçıları işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə əməliyyatlarını davam etdirirlər.
TurkicWorld xəbər verir ki, Fələstinin WAFA informasiya agentliyinin məlumatına əsasən, İsrail hərbçiləri Əl-Birə şəhərinin Ümm əş-Şəraiyət məhəlləsində 15 yaşlı fələstinlini öldürüblər.
Məlumata görə, yəhudi məskunlaşmaçılar Əl-Məzrəə əş-Şərqiyyə və Kfar Malik yaşayış məntəqələri arasında yerləşən torpaq sahəsini hasarlayaraq ərazidə yeni məskunlaşma məntəqəsi yaratmağa cəhd göstərirlər.
Bundan başqa, İsrail qüvvələrinin Əl-Xəlildə yerləşən İbrahim məscidinin açıq həyətinin üzərinin örtülməsi işlərinə başladığı bildirilir.
Həmçinin Əl-Xəlilin cənubunda, Dura qəsəbəsi yaxınlığındakı Ət-Təbəqə kəndində divar rəsmlərinin dağıdıldığı qeyd olunur.







