BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin insan haqları təşkilatı B’Tselem bildirir ki, 2025-ci ildə İsrail qüvvələri Qərb Şəriyyəsində 54 uşaq və yeniyetməni öldürüb. Bu, 1967-ci ildən sonra işğal edilmiş ərazidə qeydə alınmış ən yüksək göstəricidir.
TurkicWorld qeyd edir ki, 7 oktyabr 2023-cü ildən 28 iyun 2026-cı ilədək Qərb Şəriyyəsində ümumilikdə 1,086 Fələstinli öldürülüb, onların 241-i, yəni təxminən dörddə biri, uşaqlar və yeniyetmələrdir.
Təşkilat əlavə edib ki, 2023-cü ilin oktyabrından bu yana Qərb Şəriyyəsində öldürülən Fələstinlilər, o cümlədən uşaqların qətli ilə bağlı İsraildə təkcə bir cinayət işi belə açılmayıb.
B’Tselem-in icraçı direktoru Yuli Novak bildirib:
“Qərb Şəriyyəsində Fələstinli uşaqların və yeniyetmələrin kütləvi və misli görünməmiş şəkildə öldürülməsi, İsrailin Fələstinlilərin öldürülməsinə demək olar ki, heç bir məsuliyyət olmadan imkan verən geniş siyasətinin nəticəsidir.”
Hesabatda qeyd olunub ki, 2025-ci ildə qeydə alınmış hadisələrin təxminən dörddə birində İsrail qüvvələri yaralanmış azyaşlılara tibbi yardımın çatmasına mane olub və ya gecikdirib. Həmçinin, öldürülən 54 uşağın 18-nin cəsədini saxlayır.







