Son dəqiqə

İran ABŞ Oman Hörmüz boğazı xarici işlər naziri Diplomatiya Danışıqlar gəmilər

ABŞ-İran danışıqları üçün bir neçə diplomatik yol aktivdir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında planlaşdırılan danışıqlar əvvəlcə bazar günü keçirilməli olsa da, Hörmüz boğazında baş verən qarşılıqlı hərbi gərginlik səbəbindən təxirə salınıb.

TurkicWorld xəbər verir ki, İran tərəfi gəmilərin boğazdan sərbəst keçə biləcəyini bildirir, lakin bunun üçün tam şəkildə İranla koordinasiya edilməsini tələb edir. Tehran deyir ki, səlahiyyətli qurumlardan icazə almayan gəmilər keçid edə bilməyəcək. Bu, İran ərazi sularından və ya Oman ərazisindən keçid edən bütün gəmilər üçün keçərlidir.

İran nümayəndələri danışıqların keçiriləcəyini qeyd etsələr də, hələlik bunun tarixini təsdiqləməyiblər. Danışıqlar keçirilsə belə, əsas diqqət Hörmüz boğazına yönələcək, nüvə məsələsi müzakirə predmetinə daxil deyil.

Eyni zamanda, İran və Oman arasında paralel bir diplomatik yol da mövcuddur. Hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Muskatda Hörmüz boğazının gələcək idarəçiliyi ilə bağlı görüş keçiriblər.

Mövzuya görə xəbərlər