BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail hərbi hava qüvvələrinin Cənubi Livanda yerləşən Nəbatiyyə əl-Fövqa şəhərinə hava zərbəsi endirdiyi bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə bölgədəki mənbələr və Livanın dövlət xəbər agentliyi NNA məlumat yayıb.
Məlumata əsasən, hücum 15:30 GMT (yerli vaxtla 18:30) radələrində baş verib.
Qeyd olunur ki, bu zərbə həmin əraziyə daha əvvəl həyata keçirilən hücumdan sonra baş verib.
Hadisə İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə əldə olunan təhlükəsizlik razılaşmasından bir gün sonra qeydə alınıb.







